Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir – VİDEO

198

Əsir götürdükləri azərbaycanlı hərbçi ilə bağlı görüntü yayıblar.

Əsir götürülən hərbçimiz Amin Musayev yaralı halda ermənilər tərəfindən tapılıb. O, maşına mindirilib qeyri-müəyyən istiqamətdə aparılan əsgərə ermənilər vəhşilik ediblər. Ermənilər hərbçimizin yarasına basaraq ona işgəncə verib.

Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti göz qabağındadır. Bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranılır, yaralı erməni hərbçiləri ölkəmizin müasir xəstəxanalarında müalicə edilir, onlara insanlıq qayğısı göstərilir.

İşğalçı Ermənistan isə yaralı hərbçilərə qarşı insanlığa sığmayan formada davranır və əsl üzünü bütün dünyaya nümayiş etdirir.  /baku.ws