Ermənilərə növbəti sarsıdıcı zərbə

75

Düşmənə ağır zərbələr endirilib, vacib ərazi və yüksəkliklər azad edilib

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

“Hürriyyət” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

Müdafiə Nazirliyi onu da bildirir ki, bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Qeyd olunur ki, düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib

Bu artada, Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan məhv edilib.

“Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan bildirib.

Bildirilib ki, o, 1995-1999-cu illərdə deputat olub. D. Matevosyan 1991-1995-ci illərdə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarından, birinci Qarabağ müharibəsinin iştikaçı olub. Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub.

Düşmənin 5 PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Oktyabrın 23-də saat 12.00 radələrində isə Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

 

Hazırladı: KƏNAN