“Ermənilərə heç bir milli muxtariyyət, birgəyaşayış şansı tanımaq olmaz” – ELŞAD MUSAYEV

90

“Sona qədər döyüşüb bütün torpaqları azad etməli və Ermənistanı təslimçi sülhə məcbur etməliyik”

“Ermənistanın ABŞ-da olan xarici işlər naziri Mnasakanyan CNN-ə qəzəb-kin-şüvən dolu müsahibə verib. Ermənistanı, Paşinyanı, erməniləri sülhsevər, kompromis tərəfdarı, Azərbaycanı, İlham Əliyevi, azərbaycanlıları isə işğalçı kimi təqdim etdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur.

Onun sözlərinə görə, Mnasakanyan həyasızcasına bütün dünyanı ittiham etdi ki, heç kim erməni xalqının haqq səsini eşitmir, ermənilərə kömək etmir: “Aparıcı təəccüblənərək dedi ki, CNN kimi beynəlxalq səviyyəli kanalda çıxış edirsiniz, sizə bu şərait yaradılıb dünyaya sözünüzü deyirsiniz, bu kömək deyilmi və siz Dağlıq Qarabağda yaşayan ermənilərə nə istəyirsiniz? Mnasakanyan açıq-aşkar bəyan etdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratlarının təyin etmə hüququnu reallaşdırmaq istəyir, dünya susur, Ermənistan da ermənilərin bu demokratik tələblərinə dəstək verir. Duydunuzmu? Bunlar hələ məğlubiyyətin bir addımığındadırlar, yenə həyasız iddialarından bircə addım belə çəkinməyiblər. Bu qədər məkirli, həyasız millət olmaz. Bunlara heç bir milli muxtariyyət, heç bir birgəyaşayış şansı tanımaq olmaz. Sona qədər döyüşüb bütün torpaqları azad etməli və Ermənistanı təslimçi sülhə məcbur etməliyik”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org