Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın” FOTO

165

Övladları itkin düşmüş valideynlər Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, – valideynlərdən biri söyləyib.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.