Erməni mer: Bu otlaqlar Azərbaycana keçdi

396

Cermux dağları yaxınlığında Azərbaycan hərbi maşınlarının yığılması təxminən iki həftə əvvəl olub. Həmin vaxt Azərbaycan tərəfi Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi və yeni mövqelərin möhkəmləndirilməsi məqsədilə gəlmişdi.

Bunu Ermənistanın Cermux şəhərinin meri Vardan Ovannisyan erməni mətbuatına açıqlamasında deyib.

Ovannisyanın sözlərinə görə, həmin vaxt o da sərhəddə olub, sərhədin delimitasiyası ilə bağlı tərəflər arasında danışıqlar aparılıb.

Erməni mer bildirib ki, hazırkı sərhəd Cermuxdan 12 km aralıdan keçir. Ovannisyan onu da qeyd edib ki, əvvəllər ermənilərin istifadə etdiyi bu ərazidə olan otlaqlar Azərbaycanın nəzarətinə keçib.

Qeyd edək ki, Kəlbəcər işğalda qaldığı müddətdə Ermənistan sərhədi özbaşına olaraq müxtəlif istiqamətlərdə irəli çəkərək, Azərbaycan ərazilərini öz torpaqlarına qatıb. İndi isə sərhədlər dəqiqləşir və məlum olur ki, Ermənistan uzun müddət bu rayonumuzun yeraltı-yerüstü sərvətlərindən sui-istifadə edib. \\Axar