“Erməni lobbisinin “TF1” kanalına qarşı təhdidlərini pisləyirik”

48

“Fransadakı erməni lobbisinin “TF1” telekanalına qarşı təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib.

Hikmət Hacıyev bildirib: “Azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.