Erməni lobbisinin hər təhdidinin arxasında real terror hadisəsi dayanır

57

Ermənilərin döyüş meydanında məğlubiyyətləri artdıqca özlərini dünyaya “məzlum” kimi tanıtmaq üçün taxdıqları maskaları da yırtılır. Artıq əsl sifətlərini – terrorçu xislətlərini açıq şəkildə ifadə etməyə başlayıblar.

Bu erməni xisləti isə bütün dünyaya məlumdur – onlar məğlub durumda mütləq terorra əl atırlar. Terror onlar üçün ideoloji-siyasi təzyiq vasitəsidir və hər addımda bundan istifadə edirlər.

Azərbaycanın dinc əhalisinə qarşı terrorlar törədən ermənilər, bu hadisələri qərəzsiz işıqlandıran və ümumilikdə Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirən, həqiqətləri dünyaya düzgün çatdıran xarici jurnalistləri erməni lobbisi vasitəsilə hədəfə alıblar.

İtaliyanın “La Republica” qəzetinin jurnalisti Peitro Del Re, TF1 telekanalının müxbiri Liseron Budul, həmçinin “Nyu York Times”ın jurnalistləri nifrət, təhqir və təhdid edilir.

Erməni lobbisinin sosial şəbəkələrdə açıq şəkildə yazdıqlarından məlum olur ki, onların hər birinin həyatı təhlükə qarşısındadır.

“Report” qeyd edir ki, ermənilərin terrorla müşahidə olunan yaxın keçmişinə və sayı kifayət qədər çox olan terror təşkilatlarına nəzərə alsaq, bu təhdidlərin arxasında terrorun dayandığına əmin olmaq olar.

Hələ XIX əsrdən yaranmağa başlayan bu terror təşkilatları dünuynın bir çox yerlərində minlərlə qanlı hadisələr törədib. Xüsusilə XX əsrin 70-ci illərindən başlayaraq, əsrin sonunadək dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror akt həyata keçiriblər. Bu terror aktlarının 100-dən çoxu isə ASALA terror təşkilatının qruplaşmaları tərəfindən həyata keçirilib.

1975-ci ildə yaradılan, qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaq olsa da, bu təşkilat müxtəlif vaxtlarda bir çox ölkələrə qarşı da təhdidlər və terror hadisələri reallaşdırıb.

1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər.

ASALA-nın müttəfiqləri sırasında Hizbullah, Həmas və PKK terror təşkilatları da var ki, bu da təşkilatın dünyanın hər yerinə “əlinin çatmasını” göstərir.

Beləliklə, görünən odur ki, dövlət siyasəti terrorizm üzərində qurulan Ermənistan bu gün də tək region dövlətləri üçün deyil, dünya birliyi üçün çox ciddi təhlükə mənbəyi olaraq qalır və erməni lobbisinin hər bir təhdidinin arxasında real bir terror hadisəsi dayanır.