“Erməni dövlətçiliyinin itirilməsi mərhələsi başladı” – erməni ekspert

189

Ermənistan erməni dövlətçiliyinin itirilməsi mərhələsinə daxil olur.

Axar.az xəbər verir ki, bu sözlər “Lragir.am” saytının yazarı Akop Bədəlyanın yazısında yer alıb.

“Uduzulmuş müharibədən sonra ən təhlükəli şey – şok və silkələnmədən sağalmayan, emosional vəziyyətdəki silahlı döyüşçülərin qayıtması zamanı baş verir. Bu siyasi antaqonistika şəraitində ən təhlükəli andır. Hər kəs anlayır ki, postinqilab yox, postsovet Ermənistanı uduzub, cavabdehlikdən qaçmağa cəhd edən hər kəs uduzub. Ən əsası odur ki, bu proses Rusiyanı özünün postsovet siyasətinə məsuliyyətdən azad edir, ona Ermənistanda məhdudiyyətsiz təsir imkanı verir”, – deyə o bildirib.