“Erməni diasporu” siyasi layihəsi ömrünü başa vurmaq üzrədir

318

“Erməni diasporası” siyasi layihəsi bükülüb bir kənara qoyulmaqdadır. Qlobalistlər artıq bu layihə ilə maraqlanmırlar, çünki o 21-ci əsrin yeni reallıqlarına sığmır.

Erməni millətçi layihələrinə sponsorluq etmək üçün fondlar yaradan “Spyurk” dünya erməni diaspora şəbəkəsi artıq dağıdıcı rolunu başa vurub.

Məlum olduğu kimi, “Hayastan” Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq audit nəticələri əsasında dayandırıla bilər, belə ki, bu Fondda “fırlanan” iri miqyaslı korrupsiya sxemləri aşkar edilib. Aydındır ki, bu Fond əvvəllər də eyni əməliyyatlarla məşğul olmuşdu, lakin o vaxt erməni diasporasının geniş təsirinə görə icazə verilirdi, çünki erməni diasporu ilə iş görmək “bəziləri”nə lazım idi. Bu gün isə qlobal manipulyasiyanın yeni alətləri meydana çıxdı. Yəni bu erməni diasporunun ömrünü başa vurması, istifadə müddətinin bitməsinə gətirdi.

Buna görə də gözlənilir ki, “Hayastan” fondunun fəaliyyəti yaxın gələcəkdə dayandırılacaq. Beynəlxalq auditin ciddi beynəlxalq qanun pozuntularını ifşa edərək ortaya çıxaracağı gözlənilir. Korrupsiyanı dəstəkləyən və müharibəyə sponsorluq edən “Hayastan” dağılarsa, bu, Qafqazdakı, Qarabağdakı vəziyyətə müsbət təsir göstərəcək və düşmənçiliyə proqramlaşdırılmış erməni xalqına azadlıq gətirəcək.

Erməni diasporu əvvəldən qarşıdurmalar, toqquşmalar və müharibə üçün alət kimi qurulmuşdu, necə ki,  Birinci Dünya Müharibəsi və Qarabağ hadisələri bu faktı ortaya qoydu.

XX-ci əsrin ikinci yarısında, erməni transmilli şəbəkələri və onların yaratdıqları “erməni soyqırımı”, “Artsax” və s. kimi siyasi layihələr xarici siyasətdə manipulyasiya və digər dövlətlərdəki daxili proseslərə müdaxilə üçün vasitə kimi istifadə edildi.

“Erməni Soyqırımı” onsuz da beynəlxalq məhkəmələr tərəfindən fakt kimi deyil, fikir olaraq qəbul edildi. “Artsax” layihəsi də Qarabağda darmadağın oldu. Bu, prosesin başlanğıcıdır. Vaxt keçdikcə arxivlər açılacaq və ermənilər həm Birinci Dünya müharibəsində baş verən hadisələrə, həm Azərbaycanda törətdikləri soyqırımına və “ikinci və üçüncü erməni dövlətlərinə” görə üzr istəməli olacaqlar.

Tezliklə bütün dünyada erməni diasporasının siyasi təşkilat kimi güc və nüfuzunun çökmə prosesini görəcəyik. Rusiyada da daxil olmaqla, erməni funksionerlərin – Abramyan, Karapetyan, Simonyan, Qabrelyanov – fantastik karyera yüksəlişinin çox sirləri açılacaq.

Tərcümə etdi: Ülviyyə Şükürova