Erməni əsilli 64 yaşlı terrorçu Fransadan Qarabağa döyüşməyə gəlib — Özüylə terrorçular gətirib

108

Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü – Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlib.

 

Bu barədə Fransanın «Liberation» qəzeti məlumat yayıb.

 

J.Minasyan Fransanın Marsel şəhərindən Yerevana yola düşüb. O, 1980-ci illərdə türk diplomatları qətlə yetirən ASALA terror təşkilatının aktiv üzvü olub. Həmin illərin sonlarında Qarabağa gələn Minasyan qanunsuz hərbi birləşmələrin tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Terrorçu Minasyan hazırda özü ilə birgə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağdadır.

 

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyev «Liberation» qəzetində dərc olunan məqalənin linkini sosial şəbəkədəki hesabında paylaşaraq, bu şəxslərin muzdlu döyüşçü olduqlarını və Azərbaycana qarşı döyüşdüklərini bildirmişdi. H.Hacıyev Fransa hökumətini lazımi tədbirlər görməyə çağırmışdı.

Bundan başqa, Fransa mətbuatı bir müddət bundan əvvəl Strasburqdan Ermənistan ordusuna qoşulan erməni əsilli Fransız vətəndaşı barədə məlumat yaymışdı.             //Demokrat