Ərdoğanın çıxışı yunan mətbuatında – “MEYDAN OXUYUR”

93

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın “İstanbul şəhərinin fəthinin ildönümü münasibətilə Ayasofya məbədində Fəth surəsi oxunacaq” sözləri yunan mediasına böyük əks səda verib. Yunan mətbuatı bu çıxışı “Türklərdən tayı-bərabəri olmayan meydan oxuma” kimi qiymətləndirib.

“Kathimerini” qəzeti xəbərə “Ayasofyanın yenidən məscidə çevrilməsi il bağlı ssenarilər güclənir” şəhrini verib.

“Ta Nea”, “Olimpia” qəzetləri də xəbəri “Misilsiz meydan oxuma” başlığı ilə verib.

İstanbul şəhəri 1453-cü ildə fəth edilib.

Hurriyyet.org