“Epidemiyanın Bakı şəhərində sürətlə çoxalmasında Bakı Nəqliyyat Agentliyi münbit şərait yaradıb” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

183

“İctimai nəqliyyatda  daşınma biabırçı vəziyyətdədir”

“Ölkədə sərt karantininin müəyyən müsbət effekti olacaq. Amma karantin yumuşalmasından sonra yenidən vətəndaşlar sosial məsafə və maskalardan istifadə etməsə , həmçinin aidiyyatı qurumlar üzərinə düşən vəzifəni  yerinə yetirməsə, yoluxma ilin axırına kimi daha da kəskin olacaq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

“Karantindən sonra ictimai nəqliyyatda eyni analoji hal davam edərsə, biz virusdan qurtulmayacağıq”

Əsədullazadə qeyd edib ki, hazırda pandemiya Bakı – Abşeronda qırmızı xətti keçib: “Epidemiyanın Bakı şəhərində sürətlə çoxalmasında Bakı Nəqliyyat Agentliyi münbit şərait yaradıb. Çünki ictimai nəqliyyatda  daşınma biabırçı vəziyyətdədir. Əlbəttə ki, BNA bunun qarşısısını ala bilərdi. BNA bağlı efirdən gözəl sözlərə heç kim inanmır. Karantindən sonra ictimai nəqliyyatda eyni analoji hal davam edərsə, biz virusdan qurtulmayacağıq. Yenidən maskasız və basabasla avtobuslarda daşınmanın qarşısı alınmalıdır. Ölkənin polisi, daxili qoşunları mart ayından yollarda , küçələrdədir. Onlarda bu vətənin övladalarıdır, əziyyət çəkirlər. Həkimlərimizin gecə- gündüzü yoxdur.  Mübarizə aparılırsa, kompleks aparılmalıdır. Vətəndaşlar artıq virusa inanmaqdadır. Çünki çevrəsində, tanıdıqlarında yoluxanlar var. Amma yenə məsuliyyətlə yanaşmır”.

 “Maskasız vətəndaşlar nəqliyyata buraxılmamalıdır”

M.Əsədullazadə diqqətə çatdırıb ki, Latviya, Estoniya və Litvada xalq və dövlət bir olub virusa qalib gəldi: “Hələ ki, bizdə vəziyyət getdikcə pisləşir. Operativ Qərargah diqqətini ictimai nəqliyyatda xaosun qarşısının alınmasına yönəltəməlidir. Maskasız vətəndaşlar nəqliyyata buraxılmamalıdır və sərnişin say məhdudiyyəti tətbiq edilməlidir”.

Şamo EMİN, Hurriyyet.org