“Cərimə çıxış yolu deyil” – TƏHSİL EKSPERTİ

    6

    Ən başlıcası isə təhsildən yayınma ilə dərsdən yayınmanı qarışıq salmışıq. Halbuki, təhsildən yayınma, cəmiyyət üçün dərsdən yayınmadan daha təhlükəli tendensiya olub, ildən-ilə daha geniş xarakter alır, coğrafiyası daha da genışlənir. Xüsusən regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Bütövlükdə təhsildən yayınanların sayı isə on minlərlə ölçülür. Ona görə də bu qəbildən olan məsələlərə qaçaraqdan, səthi şəkildə yox, kompleks halında baxılmalı idi. Nəticə nə oldu? O oldu ki, qanun özünü doğrultmadı. Ötən 4 ay ərzində bir nəfərin belə cərimələnməsinin şahidi olmadıq. Əksinə… Çünki ictimai rəy, mütəxəssis fikri, ziyalı sözü nəzərə alınmamışdı”.