Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.
Hurriyyet.org xəbər verir ki, Cəbəllütariqin "Viktoriya" stadionunda təşkil olunan raundun final matçında yerli "Linkoln"la Kosovo çempionu "Drita" üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün əlavə yarımsaatı kosovoluların xeyrinə olub. Balkanlılar 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 4:1.
Beləliklə, "Drita" I təsnifat mərhələsinə yüksəlib və burada İsveç "Malmö"sü ilə qarşılaşacaq. "Linkoln" isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolunda "Şkendiya" (Makedoniya) – TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq./apasport/
Çempionlar Liqası
İlkin mərhələ, final
29 iyun
"Linkoln" (Cəbəllütariq) – "Drita" (Kosovo) – 1:4
Korral, 61 – Leçi, 2, 105+3 (pen.), Şabani, 120, Neziray, 120+4