Çempionlar Liqasında 8 görüş keçirilib – NƏTİCƏLƏR

    21

    Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.

    Hurriyyet.org xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.

    Günün əsas diqqətçəkən qarşılaşmalarından biri "Napoli" ilə "Liverpul" arasında keçirilib. ÇL-in sonuncu qalibi Neapoldan məğlubiyyətlə qayıdıb.

    Dortmund "Borussiya"sı ilə "Barselona" arasındakı oyuna da böyük maraq vardı. Amma günün yeganə qolsuz bitən qarşılaşmasında tərəflər hərəyə 1 xalla kifayətləniblər.

    “Çelsi" isə öz meydanında "Valensiya" ilə münasibətlərinə aydınlıq gətirib. London klubu minimal hesabla məğlub olub.

    "İnter" də doğma meydanda "Slaviya"ya məğlubiyyətdən son anda qurtulub.

    UEFA Çempionlar Liqası
    17 sentyabr

    F qrupu

    "İnter" (İtaliya) – "Slaviya" (Çexiya) 1:1
    Qol: Barelya, 90+2 – Olayinka, 64.
    Baş hakim: Ruddi Buke (Fransa)

    "Borussiya" (Dortmund, Almaniya) – "Barselona" (İspaniya) 0:0
    Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

    G qrupu

    "Olimpik" (Lion, Fransa) – "Zenit" (Rusiya) 1:1
    Qol: Depay, 50-pen – S.Azmun, 41.
    Baş hakim: Maykl Oliver (İngiltərə)

    "Benfika" (Portuqaliya) – "Leypsiq" (Almaniya) 1:1
    Qol: Seferoviç, 84 – Verner, 69; 79.
    Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)

    E qrupu

    "Zalsburq" (Avstriya) – "Genk" (Belçika) 6:2
    Qol: Haland, 2; 34; 45. Çan, 36. Soboslai, 45+2. Ulmer, 62 – Lukumi, 40. Samata, 52.
    Baş hakim: Feliks Zvayer (Almaniya)

    "Napoli" (İtaliya) – "Liverpul" (İngiltərə) 2:0
    Qol: Mertens, 82. Lyorente, 90+2.
    Baş hakim: Feliks Brix (Almaniya)

    H qrupu

    "Ayaks" (Hollandiya) – "Lill" (Fransa) 3:0
    Qol: Promes, 18. Alvares, 50. Talyafiko, 62.
    Baş hakim: Srdan Yovanoviç (Serbiya)

    "Çelsi" (İngiltərə) – "Valensiya" (İspaniya) 0:1
    Qol: Rodriqo, 74.
    Baş hakim: Cüneyt Çakır (Türkiyə)