Şəmkirdə oğru girdiyi evdə beş gün gecələdi – FOTO

9

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 evdən oğurluq edən şəxs saxlanılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov ötən ilin dekabr ayında və bu ilin fevral ayında rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl-zinət və müxtəlif məişət əşyalarını oğurlayıb. 

O, ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.  Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.  

Faktlarla bağlı araşdırmalar davam etdirilir.