Şəmkirdə meşədə yanğın baş verib

    18

    Şəmkirdə meşə yanır.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndi ərazisində olan meşədə qeydə alınıb.

    Yanğını söndürmək üçün əraziyə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri cəlb olunub. Gəncədən də kömək məqsədi ilə bir yanğınsöndürən maşın çağırılıb.

    Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.