Şəmkirdə avtomobil yük maşınına çırpıldı – ÖLƏN VAR

    9

    Şəmkir rayonunda ağır yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Publika.az /