Şəmkirdə 2 avtomobil toqquşdu: ölən və yaralananlar var

    12

    İyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər toqquşub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.