Tovuzdakı qətlin TƏFƏRRÜATI: “Bir oğlanla telefonla danışırmış”

    9

    Əmisinin sözlərinə görə, hadisə günü Günay saat 16 radələrində evdən çıxıb: “Atası ilə qardaşı evdə yatırmış. Analığı ilə həyətə çıxıb. Hər gün gedib qonşunun balaca uşağı ilə oynayırmış. Analığına ora getdiyini deyib. Aradan bir neçə saat keçəndən sonra qonşudan soruşublar, məlum olub ki, Günay onlara getməyib. Axşamüstü körpünün yanında meyit tapıldığını eşitdik. Amma ora getmədim. Qardaşım zəng edib bizdən Günayı soruşdu. Biz də qohumlardan soraqladıq. Sonradan tapılan meyitin Günay olduğunu öyrəndik. Amma bizim heç kimlə davamız olmayıb. Kim belə iş görə, belə dəhşətli şəkildə başını kəsib öldürə bilər? Günay ölümü ilə bizə ağır dərd qoydu”.