Kuznetsov: “Şuşanın işğal günü savaş başlaya bilər”

    6

    “Əminəm ki, Azərbaycan ordusu ilk qələbənin dadından sonra da işğal altındakı Dağlıq Qarabağda Ermənistan hərbçilərinə güclü zərbələr endirməyə qadirdir. Növbəti əməliyyatlar üçün gün də verə bilərəm. Şuşanın işğalı gününü separatçılar Dağlıq Qarabağda bayram kimi qeyd edir. Bu günlərdə adətən cəbhə xəttində vəziyyət gərginləşir. Düşünürəm ki, bu il də qaçılmaz olacaq. Bu, hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu gündür. Çünki Rusiyada azı 3 gün Qələbə bayramı qeyd olunacaq. Azərbaycan 7-10 may tarixlərində öz ərazilərində istədiyini edə bilər. Bundan sonra isə Kremlin “sakitləşdirmə” siyasəti başlayacaq”.