Emin Əmrullayev: “Təhsilin adi qaydada davam etməsi risklər yarada bilər”

48

“Hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir”.

Musavat.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin iştirakı ilə keçirilən onlayn konfransda deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır.

Nazir təhsil adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb və bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.