Türkiyə Hisar-U sistemlərini hazırlayır – S-400-lərin yerini tutacaq

543

“Embarqolar Türkiyəni zəiflətmir, əksinə gücləndirir”

Hurriyyet.org xəbər verir ki, Rusiyadan S-400 Hava Hücumundan Müdafiə sistemi aldığı üçün Vaşinqtonun Türkiyənin müdafiə sənayesinı qarşı sanksiya tətbiq eləmək qərarı verməsindən sonra Prezident R.T.Ərdoğan “Hisar-A” sisteminin türk ordusunun istifadəsinə hazır olduğunu bəyan edib.

İstefada olan polkovnik Ünal Atabay Hisar-A sistemləri ilə bağlı sevindirici açıqlamalar verib. Ordu cəbbəxanasına qəbul üçün son testləri aparılan Hisar-A-nın yüksək sürətli təyyarəni uzun mənzildə uğurla vurduğunu bildirib və bu sistemin istifadəyə hazır olmasının dünyaya mesaj olduğunu söyləyib.  Türkiyədə eyni zamanda Hisar-O və Hisar-U sistemlərinin təkmilləşdirilməsi üzərində iş gedir.

S-400 və Patriot kimi yüksək hündürlüklü müdafiə sistemi olan Hisar-U-nun getdikcə təkmilləşdirildiyi, S-400 sistemlərindən sonra ondan istifadə ediləcəyi  bildirilir.

Atabay Türkiyəyə qarşı sanksiyaların əksinə, onu daha da gücləndirdiyini bildirib: “Müdafiə sənayesində ehtiyat hissələr xaricdən təmin edilmədikdə, ölkə öz gücü çərçivəsində bu işin çarəsini tapır. Türkiyə əvvəl də belə sınaqlardan çıxıb. ABŞ-ın Kipr əməliyyatından sonra  embarqo qoyduğu 1977-ci ildə Türkiyə təyyarə təkəri istehsal eləmək üçün “Petlas” şirkətini  qurdu və şirkət hələ də fəaliyyətdədir. 110 ölkəyə məhsul ixrac edir. Türkiyənin müdafiə sənayesinə ən böyük töhfəni ABŞ-ın embarqoları verib. Kiprə görə tətbiq edilən embarqolar sayəsində bu gün olduğumuz nöqtəyə çatmışıq”.