Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 22 milyon manat kredit verdi

    3

    Əmanətlərin sığortalanmasına dair qanuna görə, Mərkəzi Bank və dövlət ADİF-in öhdəliklərinə görə məsuliyyət daşımır. Qanuna əsasən, fondun ehtiyacı yaransa, daxili maliyyə bazarlarından və Mərkəzi Bankdan borc ala bilər. Bu günlərdə əmanətlərin sığortalanması haqqında qanuna düzəliş edildi və əhalinin bank sektoruna etimadını bərpa etmək üçün banklardakı bütün əmanətlər sığortalanmış hesab olundu. Lakin ADİF-in aktivləri bağlanan banklardakı bütün əmanətlərin qaytarılması üçün kifayət deyil(modern.az).