Elza Seyidcahanın mətbuata aid yeni şeiri: “Mətdən doğan Mətbuat…” (FOTO)

    9

    Azərbaycanın Əməkdar artisti, müğənni-bəstəkar Elza Seyidcahan instaqram səhifəsində özünün yeni şeirini paylaşıb.

    E.Seyidcahanın 22 İyul – "Milli Mətbuat günü"ndə bölüşdüyü yeni şeiri "Əkinçi" adlanır.

    Əməkdar artistin mətbuata həsr olunmuş şeirini təqdim edirik:

    Əkinçi…

    Mətbuatda bata – batdı
    Söz xəzinəsində
    Cıdır düzü, atı çapdı
    Göl zəmisində
    Boranı çoxdu, qışı yazdı
    Mətin-mətin sözün mət olsun
    Mətbuat
    Mətdən doğan Mətbuat
    Məti mətdən mət yaradan
    Mətbuat
    Sözü Mədhdən Mədh edəsiz
    Sözü atdan atlana
    Addım-addım mat edəsiz
    Hər əzaba qatlana
    Sözü altdan qazıb-qazıb
    Neft edəsiz
    Dəryalardan qızıl balıq
    Təkin sözün 3 arzusu
    3 ümman, 3 gümanı
    o zamanı, bu zamanı
    o zaman, bu zaman
    o qananı, bu yalanı
    Bu, bu mətdi bu.
    Atdı bu,
    Səhdi Vazeh,
    Mehdi Qulu
    Bu Sabirdir, Ələkbərdir.
    Bu Mirzədir, Fətəlidir.
    Felyetonlar mətindən.
    Mət yaranır.
    Polemika balından,
    Bal kəsilir.
    Va alleykuma gözündən
    Göz açılır.
    Nəzirələr sözündən
    Söz yaranır
    Qələmindən od yağır
    Zərdabilər.
    Zər qədrini zər bilər.
    Nə əkərsən, onu biçərsən
    Əkinçi.
    Ək bitsin inci-inci.
    Atdı bu, çapdı bu.
    Çapa-çapa çatdı bu
    Tapdı bu, yazdı bu.
    Qələminiz müdrük- müdrük
    Şirin-şirin, həzin-həzin
    Yalvarsın O, Allaha
    Qaytarsınlar aldıqlarını
    Qaytarsınlar aldıqlarını
    Topxanaya, Qarabağa
    İsa Bulağının yanına gedək
    Qapa-qapa qabağa gedək
    Mətbuat yerli- dibli
    Mövhumat sirli-sirli
    Təsürat gizli-gizli
    Məlumat isti-isti
    Yalan söz pisdi-pisdi.
    Çap çaparaq,
    Qap qoparaq
    Mətbuatdı, köhlən atdı
    Qır atdı
    Qırdı atdı
    Kimi çapdı,
    Kimi çatdı
    Kimi yazdı
    kimi atdı
    Mənim dostum mətbuatdı. \\Demokrat