Elxan Şükürlü Ədalət Partiyası sədrinin MÜAVİNİ TƏYİN EDİLİB

84

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib. Bu  haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.
Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən “Strateq.az” analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur. \APA