Elmar Hüseynovun qətlindən 15 il ötür

6

Bu gün tanınmış jurnalist Elmar Hüseynovun anım günüdür.

“Monitor" jurnalının yaradıcısı və baş redaktoru Elmar Hesynovun ölümündən 15 il ötür.

Xatırladaq ki, çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilib. /modern.az/