Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı barədə danışdı – “İstefa verəcəyimlə bağlı…”

72

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub.

Hurriyyet.org-un məlumatına görə, unikal.org-a açıqlama verən Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib:

“Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.