Elm adamlarından ŞOK XƏBƏRDARLIQ: əməl olunmasa, 200 min insan öləcək

42

Elm adamları Fransa üçün həyəcan təbili çalır.

Ölkədə küçəyə çıxma qadağasının yığışdırılmasından sonra pandemiyanın ikinci dalğasının gələ biləcəyi proqnozlaşdırılır.

11 mayda başa çatacaq qabaqlayıcı tədbirlərdən sonra xalqın maska taxmaq, sosial məsafəni qorumaq, gigiyenik qaydalara əməl etmək kimi tələblərə uymaması təqdirində, 200 min insanın virusa yoluxa biləcəyi və öləcəyi iddia edilir.

Paris Xəstəxanalarına İctimai Dəstək və Kolumbiya Universiteti ilə birlikdə işləyən bir qrup epidemiya mütəxəssisinin apardığı araşdırmada sadəcə nəqliyyatda maska məcburiyyəti gətirilməsi təqdirində, 85 min nəfərin, tamamilə tədbirsiz davranıldıqda isə 165 min nəfərin virus səbəbilə ölə biləcəyi qeyd olunur. Elm adamları xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanlara evlərindən çıxmamağı tövsiyə edir./publika.az/