Mərkəzi Bankdan bankların birləşməsinə QADAĞA

    6

    Eldar İsmayılov rəhbərlik etdiyi bankda əmanəti olan 165 nəfərin təxminən 2 milyon manat məbləğində əmanətinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələ ki, əmanətçilərin pulu verilməyib: “Əmanətləri qaytarmaq üçün məhkəmə qaydasında bank müflis elan edilməlidir, ləğvetmə prosesi başlanmalıdır. Bundan sonra sığortalı əmanətləri Əmanətlərin Sığortalanması Fondu, sığortasız əmanətləri isə ləğvetmə prosesində biz qaytarmalıyıq. Amma bizim bank hələ ki, o mərhələdə deyil və konsolidasiya yolu ilə bazara qayıtmağa hazırlaşır. Bu baş tutsa, əmanətlərin qaytarılması məsələsinə baxıla bilər. Hələ ki, bu məsələ qalıb”.