Elçibəyin oğlu: “Bakıya qayıdandan sonra ora köçəcəm”

102

Dövlət tərəfindən təmir olunan evə hələ köçməmişəm. Hazırda Naxçıvandayam. Bakıya qayıdandan sonra atamın evinə köçməyi düşünürəm.

Bunu Axar.az-a Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. Onun sözlərinə görə, I vitse-prezidentin göstərişi ilə təmir olunan ev atasının sağlığındakı kimi saxlanılacaq:

“Həmin evdə Əbülfəz Elçibəyin ev muzeyi də fəaliyyət göstərəcək. Ev necədirsə, elə də qalacaq. Maşını, əşyaları olduğu kimi saxlanılacaq. Muzeydən başqa nəsə fikirləşməmişəm, yəqin ki, başqa nələrsə də olacaq”.