“Elçibəyi Moskva-Tehran işbirlikçiləri yıxdılar” – CAHANDAR BAYOĞLU

105

“O, hər Türk kişisini sözü bütöv, millətini sevən, ailəsinə bağlı görmək istədiyi üçün onlara bəy deyərək müraciət edirdi”

“7 iyun Azərbaycan tarixində xalq tərəfindən demokratik yolla ilk seçkilərin keçirildiyi və Milli Azadlıq Hərəkatımızın lideri Elçibəyin prezident seçildiyi gündür. O gün toplu xalq sevdiyi prezidenti 4 il idi tanıyırdı. Təbii ki, Elçibəy qapalı sovetlər birliyində azadlıq mücadiləsini 60-cı illərdən başlatmışdı. Universitet öyretim üyəsi olaraq öyrəncilər və aydınlar arasında tanınırdı, sevilirdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Turan Partiyasının başqanı Cahandar Bayoğluna məxsusdur.

Elçibəyin millətçi çalışmalarından dolayı mühakimə olunaraq cəzaevinə göndərildiyini xatırladan partiya başqanı bildirib ki, Azərbaycanda hər kəs ona bəy deyərək müraciət edirdi: “Çünki o, Azərbaycanda hər kəsi bəy kimi görmək istəyirdi. Bəylik bir görəv deyil, Türk kişisinin xarakterli olmasına işarədir. Elçibəy hər Türk kişisini sözü bütöv, dediyi sözə əməl edən, millətini sevən, ailəsinə bağlı görmək istədiyi üçün onlara bəy deyərək müraciət edirdi. 1988-ci ildə Elçibəy Azadlıq meydanında lider görüldü və gənclik onun AXC lideri seçməsinə nail oldu. Bütün Azərbaycan, Türk dünyası, dünya Elçibəyi meydanlardan tanıdı. “Yolumuz Atatürk yoludur” deyən Elçibəyin bu fikri Türkiyə və dünya basınında manşet oldu. Elçibəyin liderliyində Güneyli-Kuzeyli Azərbaycanın bütövlüyü gündəm oldu, sınırlar söküldü. Millət bir hərəkatda bütövləşməyə can atdı, Azərbaycan Respublikası bağımsızlığını elan etməyə hazırlanırdı ki, Moskva Tehran kimi əlaltıları ilə birlik olub 20 yanvar hərbi işğalını gerçəkləşdirdi. Elçibəyə qarşı sovet KQB dirənişi heç dayanmadı, 20 yanvarın sorumlusu kimi AXC sədrliyindən Moskva ulaqlarının əliylə dəfələrlə uzaqlaşdırılmaq istənildi. Yenə gənclik, yen millət iradəsi qalib gəldi. Moskva hunta rejimi məğlub olduqdan sonra sovet məkanında yeni siyasi durum yarandı. Tehranda huntanın yanında olduğunu bildirən Ayaz Niyazoviç Elçibəy liderliyində olan xalq gücünün qarşısında aciz qalıb, Azərbaycanın Bağımsızlıq Aktını imzaladı. Moskva durmurdu, Azərbaycanda xalqın seçdiyi yönətim gündəmdəydi. Azərbaycanı qarışdırmaq, milli qırğın törətmək üçün Xocalı faciəsini gerçəkləşdirdi. Kuklası Ayaz Niyazoviç xalq qəzəbinın qarşısında dayanmayıb Moskvaya qaçdı. Yönətim məclis başkanına devr edildi. Azərbaycan seçim qarşısındaydı. Elçibəy başkanlıq seçkisinin olmasını istəmirdi, parlamentar üsulla idarə olunan milli etimad hökümətindən yanaydı”.

Cahandar Bayoğlunun sözlərinə görə, Elçibəyi müdafiə edən olmadı: “Elçibəy başqanlıq seçkilərinin keçirilməsi üçün yasa onaylansa da, Milli Məclisin iclasında deyirdi: “Bəylər, gəlin başqanlıq seçiminə getməyək, demokratik təsisatların oturutulması üçün Milli Etimad Höküməti quraq. Əgər belə etməsəniz üç aydan sonra seçdiyiniz prezidenti siz özünüz bir ildən sonra yıxacaqsınız”. Seçkilər gerçəkləşdi xalq iradəsi qalib gəldi, Elçibəy başkan oldu. Elçibəy başqanlıq dönəmində bağımsızlığımızın geri dönməməsi üçün ciddi işlər gördü, ən önəmlisi 200 illik rus qoşununu Azərbaycandan çıxara bildi. Yenə Elçibəy deyən oldu, üç aydan sonra seçilən prezidenti 1 ildən sonra Moskva-Tehran işbirlikçiləri yıxdılar. Amma yenə Elçibəy qalibdi, Azərbaycan Respublikası bağımsızdır və daha güclüdür. Hər yerdə Elçibəy bayrağı dalğalanır”.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.org