“Elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır” – DEPUTAT

33

“Azərbaycan dilində 500 sözü bilən adam jurnalistlik edir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Dilçilik İnstitutu mənasız işlərlə məşğuldur:

“Azərbaycan dilinin orfoqrafik qaydalarını pozanları cərimələyin ki, ağılları başlarına gəlsin. Sovet dövründə jurnalistlər orfoqrafik səhv buraxa bilməzdi. Bəzi nazirlərimiz də var ki, danışıqlarına görə cərimə olunsaydı gərək maaşını cərimə ödəməyə verərdi. Çünki elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır”.