Çektar Soro zərərsizləşdirildi

    15

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Malazgirt əyalətində minbaşı Arslan Kulaksızı şəhid edən Çektar Soro kod adlı, tapılması üçün 300 min lirə pul mükafatı təyin edilmiş, terrorçuların boz rəngli siyahısında adı olan Muhammed Kaya zərərsizləşdirilib.

    2018-ci il noyabrın 27-də, Malazgirtin Tatargazi kəndində aparılmış əməliyyat zamanı 2 nəfər terrorçu ölmüş halda ələ keçirilib. Onlardan birinin Çektar Soro kod adlı Muhammed Kaya olduğu bəlli olub.

    Digər terrorçu isə “Axtarışda olan terrorçular” siyahısında “Boz kateqoriya”da adı olan, tapılması üçün 300 min türk lirəsi mükafat qoyulmuş, PKK terror təşkilatının Ərzurum əyalətindəki qondarma Şərq Qüvvələrinin başçısı, Zinar Amed kod adlı Ali Akbaşdır.

    Hurriyyet.org