Ekspert: “Rusiya rəhbərliyinə qarşı ritorika davamlı hala gələcək”

510

Vaşinqtonda baş verən son olaylar ABŞ-ın yeni administrasiyasının Rusiyaya qarşı daha sərt siyasət aparmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri “Valday” klubunun eksperti Dmitri Suslov deyib.

“Son hadisələrə qədər məlum idi ki, Bayden administrasiyası gələcəkdə Rusiyaya qarşı sərt siyasi kurs həyata keçirəcək. Olanları nəzərə alsaq, bundan sonra daha şiddətli siyasət tətbiq ediləcəyini düşünmək olar. Ona görə də Rusiyaya qarşı ritorika daha davamlı hala gələcək və Rusiya və onun rəhbərliyi “iblisləşdiriləcək”, – deyə Suslov bildirib.

Ekspert yeni administrasiyanın Moskvaya qarşı düşməncə addımlar atacağını da istisna etməyib.