MB-nın adından kimlər və niyə saxta sənəd yayıb?

    3

    Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu tipli açıqlamalar yayanlar tapılmalıdır: “Dövlət orqanlarının borcudur ki, belə bir saxta sənədin yayılma mənbəyini və bunun səbəblərini araşdırsınlar. İctimaiyyətə məlumat versinlər. Çünki bu, çox vacib məsələdir. Cəza mexanizmi olmalıdır. Panika yayan və insanlar arasında ciddi narahatçılıq yarada bilən sənədlərin yayılması, özü də Mərkəzi Bank kimi bir qurumun adından yayılması ciddi faktdır. Dövlət orqanlarının borcudur ki, bunu araşdırsınlar. Çünki belə bir presedent yaranmaması, gələcəkdə bu cür psixoloji əməliyyatların həyata keçriilməsinin qarşısının alınması üçün cəza mexanizmi olmalıdır. Çünki əgər burada cəzasızlıq hökm sürərsə, sabah başqa provakasiyaların da şahidi ola bilərik. İctimaiyyəti aldadıcı addımların da şahidi ola bilərik. Ona görə də ciddi şəkildə bu məsələ araşdırılmalıdır, cəzalar tətbiq olunmalıdır. Bu, insanların həm psixoloji durumuna, həm iqtisadi durumuna təsir göstərə biləcək amillərdəndir. Bu psixoloji əməliyyatların dəfələrlə Azərbaycanda da şahidi olmuşuq. Məsələn, bir müddət öncə də müxtəlif saytlarda manatın yenidən köhnə məzənnəyə qayıdacağı haqqında şayiələr dolaşırdı. Bu şayiələr də ciddi şəkildə insanları narahat edirdi. Bu məsələ kökündən həll olunmalıdır. Mənbəyi tapılmalıdır. Kimin bunu etdiyi, nəyə görə etdiyi araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir”.