Ekspert: “Havada bir qüvvə mübarizəsi baş verdi və Türkiyə qalib gəldi”

60

Hurriyyet.org xəbər verir ki,  terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Yunanıstanın Şərqi Aralıq dənizindəki hava müdaxiləsi ilə bağlı açıqlamasında deyib: “Havada bir qüvvə mübarizəsi baş verdi və Türkiyə qalib gəldi. Bu mühüm mesaj Yunanıstana verilib. Lakin onu da demək lazımdır ki, Yunanıstanın bu ərköyün və qızğın davranışı etibarsızlıq aşılayır”.

Türkiyənin Milli Müdafiə Nazirliyi “Navteks” elan edilən bölgəyə yaxınlaşan Yunanıstana məxsus F-16 təyyarəsinin qarşısının kəsilərək bölgədən uzaqlaşdırıldığını bildirib.