Ekrem İmamoğlu: Türkiyə prezidenti Erdoğan bu müxalifətçi siyasətçidə özünə bərabərini görürmü?

    42

    Altı ay bundan əvvələdək Türkiyədə İstanbulun Beylikdüzü rayonunun başçısı Ekrem İmamoğlunu tanıyan az adam tapılardı.

    Lakin 49 yaşlı müxalifətçi həmin vaxtdan bəri ölkə boyu hər bir evdə tanınan siyasətçiyə çevrilib.

    Türkiyə müxalifəti ona, yenilməz sayılan prezident Recep Tayyip Erdoğanı məğlub edə bilən bir siyasi fiqur kimi baxır.

    İmamoğlu CHP-nin üzvüdür, keçən ilin dekabrında namizədliyi İstanbul merliyinə irəli sürüldükdən sonra onun populyarlığı sürətlə artıb. Yerli seçkilər Türkiyədə martın 31-də keçirilib.

    İmamoğlu seçkiqabağı kampaniyasını korrupsiya ilə mübarizə əsasında qurur və cəmiyyətdə parçalanmanı aradan götürəcəyini vəd edib.

    Seçkinin nəticələri Erdoğanın İslama söykənən AKP partiyasını ciddi məyus edib.

    Turkish President Recep Tayyip ErdoganSeçkinin nəticələri Erdoğanın İslama söykənən AKP partiyasını ciddi məyus edib.

    Hakim partiya Ankaraya nəzarəti itirməklə yanaşı İstanbulda da səslərin sayında CHP namizədi Ekrem İmamoğludan geri qalıb. Türkiyənin ən böyük şəhəri olan İstanbulun 15 milyon əhalisi var.

    İstanbul qalası

    Səsvermə keçirildiyi günün səhərisi prezident Erdoğanın tərəfdarlarından biri, elan olunmuş nəticələrə inan bilmirdi. "Ola bilməz, İstanbul bizim qalamızdır", – həmin fəal BBC Türkcəyə demişdi.

    Türkiyə müxalifəti 25 ildən sonra yenidən İstanbula nəzarət etmək vəziyyətinə gəlib. Üstünlük cüzi idi. lakin qala alınmışdı. Və ya onların buna nail olduqları inamı yaranmışdı.

    Müxalifətin şadlığı çox çəkmədi.

    Mayın əvvəlində Türkiyə MSK-sı səsvermənin nəticələrini ləğv etdi.

    İstanbul üçün prezident Erdoğanın namizədi, keçmiş Baş nazir Binali Yıldırım seçkinin nətilərinə etiraz bildirərək, ondan səslərin oğurlandığını demişdi.

    Ləğv olumuş seçkidə seçicilərin 84 faizi iştirak etmişdi.Ləğv olumuş seçkidə seçicilərin 84 faizi iştirak etmişdi.

    MSK təkrar seçkini iyunun 23-nə təyin etdi.

    Türkiyənin güc mərkəzi

    Ekrem İmamoğlu bu qərarın siyasi motivli olduğunu bəyan edib.

    Aİ rəsmiləri bununla razılaşaraq qərarı sərt tənqid etdi.

    Türkiyə siyasətində İstanbulun əhəmiyyəti böyükdür.

    Türkiyə iqtisadiyyatının üçdə biri qədər olan bu şəhərin iqtisadi gücü Portuqaliya, Yunanıstan və ya Misir kimi ölkələrin iqtisadiyyatını üstələyir.

    İstabulun əhalisi 1960-cı illərdən bəri 10 qat artıb.

    "İstanbulu qazanan, Türkiyəni qazanır", – bu məşhur kəlam bir vaxtlar prezident Erdoğan tərəfindən deyilib.

    2002-ci ildən Türkiyəyə rəhbərlik edən Erdoğanın özü də vaxtı ilə İstanbulun meri olub.

    AKP namizədi, keçmiş Baş nazir Binali YildirimAKP namizədi, keçmiş Baş nazir Binali Yildirim

    Oxşarlıq

    Erdoğan da vaxtilə İstanbulun rayonlarından birinin başçısı olub, sonra isə gözlənilmədən 1994-cü ildə İstanbul meri seçkilərində qalib gəlib və beləcə, ölkə siyasətinin zirvəsinə yolu açılıb.

    Ekrem İmamoğlunun Erdoğanla bundan başqa daha bir neçə oxşarlıqları var.

    Erdoganın atası imam olub, onun ailəsi Qara dəniz bölgəsindəndir, İstanbul seçicilərinin də nəzərəçarpan hissəsi məhz bu regiondandır.

    Ekrem İmamoğlu da həmin bölgədəndir, vaxtilə İstanbula universitetdə oxumaq üçün köçüb. Burada biznesi öyrənib.

    Hər iki siyasətçi arasında daha bir oxşarlıq futbolla əlaqəlidir.

    Ekrem Imamoğlu cümə namazından sonraEkrem İmamoğlu cümə namazından sonra

    Erdoğan gənclik illərində futbolçu olub, onun futbol azarkeşliyi də buradan qaynaqlanır.

    Futbol isə Türkiyədə populyar idman növüdür və seçicilərin səslərinin qazanılmasında da futbol amilinin müəyyən bir rolu var.

    Məscid və stadion

    İmamoğlunun da CV sənədində futbola yer ayrılıb.

    O həm həvəskar futbolçu olub, həm də doğma şəhərinin futbol klubu Trabzonspor üçün də çalışıb.

    İmamoğlu öz seçkiqabağı kampaniyasını o cümlədən, stadionlarda və məscidlərdə keçirib.

    Məsçidlər isə bəlkə də, daha mühümdür, çünki dünyəvi CHP partiyasının imici üçün müəyyən dəyişikliyi işarəliyir.

    İmamoğlu məscidlərə baş çəkib, Quran ayələrindən iqtibaslar gətirib – bu cür hərəkətlər daha çox prezident Erdoğanın AKP namizədlərinə xas idi.

    Hökümətyönlü jurnalist Hilal Kaplan deyir ki, İmamoğlu AKP və prezident Erdoğanı hakimiyyətə gətirib çıxaran dildə danışmağa çalışır.

    A general view of Istanbul's Eminonu port with Galata Tower in the background Türkiyə iqtisadiyyatının əsas mərkəzidir

    Jurnalist Kadri Gürsel isə hesab edir ki, "Erdoğanın seçki maşını artıq pas atıb və tükənib".

    Prezident Erdoğan mer seçkisini ölkənin gələcəyi üçün həlledici sınaq kimi gələmə verməklə yanaşı özü də seçki kampaniyasında yaxından iştirak edib.

    Lakin 2023-cü ildə Türkiyədə növbəti prezident seçkisi ilidir və ola bilsin ki, o zaman Erdoğana rəqib İstanbul meri olsun.

    BBC Ekrem İmamoğludan özünü növbəti prezident kimi görürmü sualını soruşanda, İmamoğlu gülümsəyərək həmin suala belə cavab verib: "Allah bilir". \\BBC