Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verildi

    12

    Nazirlər Kabineti "Yaşıllıqların bərpası Qaydası”nda dəyişiklik edib.

    Hurriyyet.org xəbər verir ki, dəyişikliyə əsasən yaşıllıq salınması sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.

    Beləliklə, yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.