Şəkidə “ZİL” qəza etdi – Yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı

    60

    Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar – 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

    Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.