Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı araşdırmaların nəticəsi açıqlandı

    15

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

    Hurriyyet.org AQTA-ya istinadən bildirir ki, Agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib.

    Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.