Şəkidə iki avtomobil toqquşdu – ÖLƏN VAR

    18

    Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

    Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

    Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.