Şəkidə 2 uşaq anası soyuqdəymədən öldü

    24

    Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. 

    Hurriyyet.org "Qafqazinfo"ya istinadən xəbər verir ki,​ rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

    Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

    X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib.