Şəkidə 25 gün əvvəl itkin düşən gəlin Abşeronda tapıldı

    12

    Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.

    Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Trend-in əldə etdiyi məlumata görə, mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.