Şəki rayon xəstəxanasına yeni baş həkim təyin olundu

    18

    Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yeni baş həkim təyin olunub.

    Hurriyyet.org xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, Elçin Oqtay oğlu Əmirov Şəki MRX-nın baş həkimi vəzifəsinə təyin olunub.

    Buna qədər xəstəxananın baş həkimi vəzifəsini Azad Novruzov icra edib. Bu ilin aprelində A. Novruzov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.