Şəhidin medalı ailəsinə təqdim olundu – FOTO

    6

    Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu "Şücaətə görə" medalı ailəsinə təqdim edilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.

    Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

    Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu - FOTOŞəhid hərbçinin medalı ailəsinə təqdim olundu - FOTOŞəhid hərbçinin medalı ailəsinə təqdim olundu - FOTOŞəhid hərbçinin medalı ailəsinə təqdim olundu - FOTO