Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu

    3

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

    Hurriyyet.org bildirir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

    Medal sabah Ağstafa rayonu Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.