Əfqanıstanda TERROR – Ölənlər və yaralananlar var

15

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Zavul vilayətində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində 4 nəfər dinc vətəndaş həlak olub, 9 nəfər yaralanıb. Partlayış Zabul vilayətinin Mizan rayonunun  Haqq Təpə bölgəsində yol kənarına yerləşdirilmiş bombanın mülki şəxsləri daşıyan avtomobilin oradan keçdiyi zaman işə düşməsi nəticəsində baş verib.

Hələlik terror aktına görə məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Hurriyyet.org