Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Host vilayətinin İsmail Hil rayonundakı Digan kəndində yerləşən bir evə naməlum şəxslər tərəfindən edilən silahlı hücum nəticəsində 5 nəfər həlak olub.
Host Polis İdarəsinin mətbuat nümayəndəsi Adil Heydəri mətbuata açıqlamasında hücum nəticəsində 5 nəfər dinc sakinin həlak olduğunu, 3-nün isə yaralandığını bildirib.
Heydəri hücumçuların hadisə yerindən qaçdıqlarını və məsələ ilə bağlı istintaqın başlandığını söyləyib.
Hələlik, heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Hurriyyet.org