Ebru Gündeş ABŞ-a GETDİ – ZƏRRABA GÖRƏ

    6

    Müğənni Ebru Gündeş qızı Alara ilə birlikdə Nyu-Yorka gedib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, müğənni həbsxanadan çıxarılan və FBI himayəsi altında məlum olmayan yerdə yaşayan həyat yoldaşı Rza Zarrabı ziyarət edib.

    İddia olunur ki, Ebru Gündeş həbs olunma qorxusuna görə Amerikaya addım atmayacağına söz vermişdi, ancaq həyat yoldaşının xahişlərindən sonra getməyə razı olub.

    Qeyd edək ki, Zərrab korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında ABŞ-da həbs olunub. ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Rza Zərrab, daha sonra federal hökumət və məhkəmə ilə razılığa gələrək məhkəmə prosesində cinayətkar kimi deyil, Türkiyə "Xalqbank"ın prezident müavini Hakan Atillanın şahidi kimi çıxış etmişdi.